Gündəm / Siyasət
24 iyun 2022
26
Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi dəyişdi
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi dəyişib.
Milliinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə daxil edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri isə Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibindən çıxarılıb.
Daha çox xəbər:
Prezident “Azərbaycan Sənaye Korporasiyası” barədə sərəncam imzalayıb
Gündəm / CəmiyyətPrezidentdən yeni təyinatlar - SİYAHI
Gündəm / SiyasətƏlaqələndirmə Qərargahının üzvlərinin sayı artırıldı - SƏRƏNCAM
Gündəm / SiyasətBorc alınması və zəmanət verilməsi qaydası dəyişdi
Gündəm / SiyasətSOCAR-da Rövnəq Abdullayevi əvəzləyən şəxs kimdir? - DOSYE
Gündəm / Cəmiyyət