Gündəm / Cəmiyyət
25 iyun 2022
16
Ağdamda içərisində sərnişin olan avtomobili sel apardı

Ağdamda Xaçınçay çayına gələn sel içərisində sərnişin olan çaydan keçmək istəyən "VAZ" 2107 markalı avtomobili aparıb.
Millitv.az "Trend"ə istinadən xəbər verir ki, hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları avtomobildə olan Əhmədova Elyanə və Quliyeva Aminəni, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər:

Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
Hadisə
Zaqatalada “VAZ” körpüdən çaya aşıb
Hadisə
Bakıda təcili yardım avtomobili qəzaya düşdü
Hadisə
Daşkəsəndə təbii FƏLAKƏT: 4 maşını və 2 avtobusu sel apardı
Gündəm / Cəmiyyət
Valideynləri 3 yaşlı uşağı avtomobildə unutdu - Video
Hadisə