Gündəm / Cəmiyyət
01 iyul 2022
18

"Müharibə veteranlarının müavinəti artırılmalıdır" - Deputat

"Müharibə veteranlarının müavinəti artırılmalıdır" - Deputat


"Şəhid ailələri, qazilər və müharibə veteranlarına diqqəti artırmalıyıq. Bu sahədə müəyyən nöqsanlarımız var".

Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, müharibə veteranlarına verilən müavinət azdır:

"Bu məbləğin artırılmasına ehtiyac var. Bir məsələni də nəzərə almaq lazımdır ki, hazırda Qarabağda böyük quruculuq işləri gedir. Bu işlərin görülməsinə böyük vəsait xərclənir. Bununla yanaşı, müharibə veteranlarına verilən müavinətin artırılması məsələsinə baxmağa ehtiyac var".

Qeyd edək ki, hazırda müharibə veteranlarının aylıq təqaüdü 80 manatdır.