Gündəm / Dünya
06 iyul 2022
24
Ağ Evdən Türkiyənin F-16 tələbi ilə bağlı yeni açıqlama
Ağ Evin sözçüsü Karine Jean-Pierre ABŞ prezidenti Co Baydenin Türkiyənin F-16 tələbini dəstəklədiyini bildirib.
Jean-Pierre gündəlik mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğanla Madriddə keçirdiyi görüşdən sonra Baydenin F-16 satışı ilə bağlı müsbət açıqlamaları ilə bağlı bir qrup Demokratik Konqres üzvünün tənqidlərini dəyərləndirib.
F-16 ilə bağlı müzakirələrin bir müddətdir gündəmdə olduğuna diqqət çəkən Jean-Pierre, "F-16 mövzusunda çox açıq danışırıq. Bir neçə aydır ki, bunu danışırıq və Bayden bunu həqiqətən dəstəkləyir. Bundan başqa yeni heç nə yoxdur”. -deyə Ağ Ev sözçüsü bildirib.
Qeyd edək iki, Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında prezident Ərdoğanla görüşən Bayden iyunun 30-da keçirdiyi mətbuat konfransında Türkiyəyə F-16 döyüş təyyarələri satmaq lazım olduğunu və bunun üçün ABŞ Konqresindən razılıq ala biləcəklərini bildirmişdi.
Lakin ABŞ Nümayəndələr Palatasında bir qrup senator Baydenə göndərdikləri məktubda bu dəstəyi tənqid edib.

Daha çox xəbər:

Bayden Ərdoğana F-16-larla bağlı vəd verdi
Gündəm / Dünya
Ərdoğanla Baydenin görüşü Britaniyada keçirilə bilər
Gündəm / Dünya
Bayden çıxışı zamanı yenə səhv etdi
Dünya
"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden
Gündəm / Dünya
Bayden Əfqanıstandakı vəziyyətlə bağlı xalqına müraciət edəcək
Gündəm / Dünya