Gündəm / Video
14 iyul 2022
34
Zəngilanda ağaclıq ərazi yanır - VİDEO
Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bununla bağlı FHN məlumat yayıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının quru ot, kol-kos və seyrək ağaclıq ərazidə baş verdiyi məlum olub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.

Daha çox xəbər:

FHN Qəbələdəki yanğınla bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
Gündəm / Hadisə
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb
Hadisə
Şabranda baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB-1)
Gündəm / Cəmiyyət
Xaçmazdakı yanğının söndürülməsinə təyyarə və iki helikopter cəlb olundu - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Tovuzda dağlıq ərazidə yanğın başladı
Gündəm