Gündəm / Cəmiyyət
15 iyul 2022
18
DTX-nin rəis müavini işdən çıxarıldı, yeni vəzifəyə göndərildi
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavinini vəzifəsindən azad edib.
Sərəncama əsasən, İlqar Əli oğlu Musayev Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib.
Digər sərəncamla İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında əsasnamə 2021-ci ilin 22 dekabrında təsdiqlənib. Qurum dövlət orqanları üçün xüsusi dövlət rabitəsini, Prezident rabitəsini, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərini, şəbəkələrini idarələrarası elektron sənəd dövriyyəsini və digər məsələləri həyata keçirir.

Daha çox xəbər:

Xüsusi dövlət mühafizə xidmətini ləğv edildi, Üç yeni dövlət qurumu yaradıldı
Gündəm / Cəmiyyət
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşdi
Gündəm / Siyasət
Baş nazir qərar imzaladı
Gündəm / Cəmiyyət
İlham Əliyev nazir müavinini İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT
İqtisadiyyat
Vilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - Yeni təyinatlar
Gündəm / Cəmiyyət