Gündəm / Cəmiyyət
18 iyul 2022
12
“Qapalı məkanlarda maska taxın, təmasları azaldın” - Rəsmi
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır.ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir”.
Bu haqda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir: “Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.
Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.
Qeyd edək ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.
Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik”.
Daha çox xəbər:
Qapalı məkanlarda maska tələbi ləğv olunur? - Nazir açıqladı
Gündəm / CəmiyyətOmikron ştammının B2 növünün sürətli yayılma qabiliyyəti var - ÜST
Gündəm / CəmiyyətBu şəxslərə 3-cü doza vaksinin vurulması TÖVSİYƏ EDİLİR
Gündəm / CəmiyyətAzərbaycanda koronavirusa yoluxanların karantin müddəti AZALDILIR
Gündəm / Cəmiyyət7 günlük karantin müddəti yanvarın 24-dən əvvəl yoluxanlara aiddir? - RƏSMİ
Gündəm / Şou