Gündəm / Cəmiyyət
07 aprel 2022
20
Omikron ştammının B2 növünün sürətli yayılma qabiliyyəti var - ÜST
Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi Omikrom ştammı ilə əlaqələndirilir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azəebaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bir çox Avropa ölkələrində koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bu da göstərir, ki pandemiya hələ də bitməyib və bu çərçivədə qabaqlayıcı tədbirlər görməyə davam etməliyik.
"Omikron ştammının B1 və B2 növləri mövcuddur və B2 növünü daha sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin 65 yaş üstü olanların, hamilə qadınların qorunması mütləqdir. Qapalı məkanlarda maskadan istifadə olunması önəmli faktordur. Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%in üzərindədir,lakin hədəfimiz 70%in üzərinə çıxmasıdır. Son günlər ölkədə yoluxma və ölüm halında azalma müşahidə olunur lakin unutmamalıyıq ki, pandemiya hələ də davam edir", - deyə H. Harmancı bildirib.
Daha çox xəbər:
"Qapanmalarla bağlı hökumət qərar verə bilər" - Hande Harmancı
Gündəm / Cəmiyyətİsti günlərdə koronavirusa yoluxmanın olmayacağı ilə bağlı sübut yoxdur - ÜST rəsmisi
Cəmiyyət / SosialYoluxma sayının artmasının səbəbləri nədir? - Nazirlikdən AÇIQLAMA
Gündəm / Cəmiyyət"4-cü doza vaksinasiya barədə danışmaq tezdir" - Hande Harmancı
Gündəm / CəmiyyətPandemiya nə vaxt bitəcək? - ÜST rəsmiləri aydınlıq gətirir
Gündəm / Cəmiyyət