Gündəm / Dünya
19 iyul 2022
21
Yeni virus yayıldı - ölənlər var
Qərbi Afrika ölkələrindən biri olan Qanada ölümcül Marqburq virusu nəticəsində eyni ailədən iki nəfər ölüb.
Milliinfi.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrikanın səhiyyə orqanları bu şəxslərlə təmasda olan 98 nəfərin karantində olduğunu açıqlayıb.
Səlahiyyətlilər bu yaxınlarda hər iki xəstənin ölkənin cənubundakı Asanti bölgəsindəki xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, ebolaya səbəb olan virusa bənzər Marqburqun müalicəsi yoxdur. Bununla belə, həkimlər hesab edirlər ki, çoxlu su içmək və müəyyən simptomları müalicə etmək xəstənin sağ qalma şansını artırır.
Bildirilib ki, Marqburq yarasalardan insanlara keçə bilir. İnsanlar arasında isə bədən mayeləri vasitəsilə yayılır.
Xəstəliyin ilkin əlamətləri baş ağrısı, qızdırma, əzələ ağrıları, qan qusma və qanaxmadır.
Qanada səlahiyyətlilər insanları mağaralardan uzaq durmağa və bütün ət məhsullarını istehlak etməzdən əvvəl yaxşıca bişirməyə çağırır.
Daha çox xəbər:
Azərbaycanda "meymun çiçəyi" virusu aşkarlanıb? - RƏSMİ AÇIQLAMA
Gündəm / Cəmiyyət"Meymunçiçəyi bədəndə 10 həftəyə qədər qala bilər" - Alimlərdən AÇIQLAMA
Gündəm / DünyaKoronavirusu ağır formada keçirən qan qrupu məlum olub
Cəmiyyət / SəhiyyəƏzələ ağrılarından uzaq olmaq üçün yediklərinizə diqqət edin
İdman"Yas mərasimlərinin kütləvi təşkilindən qəti imtina etməliyik'' - Millət vəkilindən AÇIQLAMA
Cəmiyyət