Gündəm / Cəmiyyət
21 iyul 2022
16
İranın Azərbaycandakı səfiri israilli həmkarını təhdid etdi

İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
C.Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan iranlı diplomat həmkarını ölümlə təhdid edib.
“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - A.Musəvi tviter səhifəsində yazıb
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün tviter səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. Diplomat qeyd edib: "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm”.


Daha çox xəbər:

İranın Azərbaycandakı səfiri Dağlıq Qarabağ icmasının sədri ilə görüş keçirdi
Siyasət
İranın Azərbaycandakı səfiri Dağlıq Qarabağ icmasının sədri ilə görüş keçirdi
Gündəm / Cəmiyyət / Sosial
Türkmənistanın Azərbaycandakı səfiri vəzifəsindən azad edildi
Gündəm / Cəmiyyət
Prezidentin köməkçisi İran səfiri ilə görüşdü - Foto
Cəmiyyət
İranın Azərbaycandakı Səfiri jurnalistlərin suallarnı cavablandırdı (FOTO)
Siyasət / Foto