Gündəm / Hadisə
27 iyul 2022
25
Tofiq Şahmuradov həbs EDİLDİ

Sosial şəbəkə istifadəçisi Tofiq Şahmuradov həbs edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Daha çox xəbər:

Qanunsuz yollarla Xocavəndə gedən şəxslər HƏBS EDİLDİ
Gündəm / Hadisə
Jurnalistlərin bu məlumatları yayması qadağan ediləcək
Gündəm / Cəmiyyət
"RİA Novosti"nin Azərbaycanda bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Təranə Səmədova narkotikə görə cəzalandırılıb
Hadisə
Hovuzda qadınların videosunu çəkən şəxs HƏBS EDİLDİ
Gündəm / Hadisə