Gündəm / Cəmiyyət
27 iyul 2022
21
İsrail səfirindən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı maraqlı TƏKLİF

İsrailin Azərbaycandakı səfiri Corc Dik maraqlı təklif irəli sürüb.
Bu barədə o, tvitter hesabına paylaşım edib:
““Təbrizin sehrli nağılları” kitabını hədiyyə olaraq əldə etmək istəyərsinizmi? Kağıza “Mən Təbrizin sehrli nağıllarını sevirəm” yazın, bunu sosial media hesabınızda paylaşın və mənim adımı qeyd edin. İlk 20 nəfər kitabı hədiyyə olaraq əldə edəcək”.
Xatırladaq ki, ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olmuşdu. İran səfiri və səfirliyi öz rəsmi tviter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab vermişdi.

Daha çox xəbər:

İranın Azərbaycandakı səfiri israilli həmkarını təhdid etdi
Gündəm / Cəmiyyət
Trendə çevrilən kitabın qiyməti neçəyədir? - FOTO
Gündəm / Cəmiyyət
İranla İsraili toqquşduran TƏBRİZ NAĞILLARI... - Rəsmi Bakı ancaq seyr etdi...
Gündəm / Dünya
Prezidentin köməkçisi İran səfiri ilə görüşdü - Foto
Cəmiyyət
Ermənistan İranın səfirindən niyə narazıdır? – Elxan Şahinoğlunun ANALİZİ
Siyasət / Cəmiyyət