Gündəm / Dünya
01 avqust 2022
16
Buğda ilə bağlı dövlət standartı dəyişdiriləcək
Dünya bazarında və regionda taxılın tədarükündə yaranmış çətinliklər nəzərə alınmaqla, ərzaqlıq buğda təchizatının dayanıqlılığının təmin edilməsi məqsədilə ölkəmizdə tədarük olunan buğdanın keyfiyyət göstəriciləri “Taxıl və taxıl məhsulları” və “Qida məhsullarının keyfiyyəti və texnologiyası” Texniki komitələrinin növbədənkənar onlayn iclasında müzakirə edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun, həmçinin Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilən iclasda tədarük olunan taxılın keyfiyyət göstəricilərinə dair tələblər təhlil olunub.
İclasda “Standartlaşdırma haqqında” qanuna uyğun olaraq AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartına dəyişikliklərin edilməsi qərara alınıb.
Dövlət standartında edilən dəyişikliklər ölkəyə idxal olunan ərzaqlıq buğdanın seçim imkanlarının və tədarük potensialının genişləndirilməsinə şərait yaradacaq.
Daha çox xəbər:
Çörəklə bağlı yeni dövlət standartı TƏSDİQ EDİLDİ
Gündəm / CəmiyyətƏrzaqlıq buğdanın dövlət tədarük qiyməti 580 manat oldu
Gündəm / İqtisadiyyatUnun, çörəyin qiyməti bahalaşa-bahalaşa gedəcək... - Ekspert danışır
Gündəm / İqtisadiyyatAzərbaycanda un və çörək BU QİYMƏTƏ SATILACAQ - RƏSMİ/VİDEO
Gündəm / CəmiyyətUn və çörək istehsalçılarına qiymət artımı ilə bağlı xəbərdarlıq
Gündəm / İqtisadiyyat