Gündəm / Şou
03 avqust 2022
14
Onlara da birdəfəlik ödəniş verilir - Nazir AÇIQLADI
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir.
Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq.
Nazir birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistem yaradıldığını, müvafiq e-məlumat bazası formalaşdırıldığını qeyd edib. Birdəfəlik ödənişlərin e-sistem üzərindən proaktiv qaydada həyata keçirildiyini və artıq 11 min şəxsin bu ödənişlə əhatə olunduğunu bildirib.
Daha çox xəbər:
“Bu gün 11 minədək şəxsə birdəfəlik ödəmə ediləcək”
Gündəm / SosialMilliinfo.az Azərbaycanda 20 min şəxsə birdəfəlik ödəniş edilməsindən imtina olundu
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial200 min nəfərə də birdəfəlik ödəniş ediləcək
İqtisadiyyat / Sosial287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcək 287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcək
TəhsilDaha 100 min nəfər üçün birdəfəlik ödəniş köçürüldü
Cəmiyyət / Sosial