Gündəm / Cəmiyyət
08 avqust 2022
15
55 dövlət əmlakı hərraca çıxarılacaq
Avqustun 30-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti dəfə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.
Hərraca 55 dövlət əmlakı çıxarılacaq.
Bunlardan 6-sı səhmdar cəmiyyəti, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.
Hərracda iştirak etmək istəyən şəxslər sənaye, quşçuluq və s. sahələrə aid səhmdar cəmiyyətlərin səhm paketlərini özəlləşdirə bilərlər. Belə müəssisələrə “Biləsuvar Broyler”, “Gəncə Quşçuluq” və digər səhmdar cəmiyyətləri aiddir.
Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 85 986 manatla 1 522 110 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə “Bakı Dəzgahqayırma” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən müəssisənin səhmlərinin 44,65%-i 679 574 manata təklif olunur.
Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1981-2013-cü illər arasında dəyişir.
Tam siyahı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB).

Daha çox xəbər:

Azərbaycanda daha 24 dövlət əmlakı hərraca çıxarılır
Gündəm / İqtisadiyyat
Bakıda zavod hərraca çıxarılır - 16 milyon manata
Gündəm / İqtisadiyyat
Qubada ilk dəfə 2 yataq hərraca çıxarılır
Gündəm / İqtisadiyyat
Hərracların Təşkili Mərkəzi tərəfindən hərraclardan dövlət büdcəsinə daxil olacaq pulun azaldılması?
Cəmiyyət
Bu müəssisələr özəlləşdirilir - Prezidentdən SƏRƏNCAM
Gündəm / Siyasət