Cəmiyyət
11 aprel 2022
2 735
Hərracların Təşkili Mərkəzi tərəfindən hərraclardan dövlət büdcəsinə daxil olacaq pulun azaldılması?
Son zamanlar Hərracların Təşkili Mərkəzinin keçirdiyi hərraclar nəqliyyat vasitələrinin dəyərinin çox aşağı olması səbəbindən mənim, eyni zamanda da cəmiyyətin diqqətini özünə çəkməyi bacarıb. Uzun zamandır bu hərracları izləyir və mütəmadi olaraq hərraclar haqqında məlumatları dərc edirəm. Həmçinin ətarfımda olan bir çox insanların bu hərraclardan avtomobil əldə etməsi, bəzən razı bəzən isə narazı qalması səbəbindən Hərracların Təşkili Mərkəzinin nəqliyyat vasitələri üzrə hərracları necə keçirməyi barədə bir sıra araşdırmalar etmiş və müəyyən məlumatlar toplamışdım.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet saytı olan privization.az, emlak.gov.az saytlarında 3 may tarixində növbəti elanı dərc edən zaman Ramazan bayramına (qeyri iş gününə) düşməsi səbəbindən xüsusi diqqətimi çəkdi, həmçinin nəqliyyat vasitələrinin qiymətlərinin müxtəlif qəpiklərlə yazılmağı marağı cəlb edən amillərdən biri oldu.
3 may nəqliyyat vasitələrinin elanında 38 nəqliyyat vasitəsi hərraca çıxarılır, hər bir hərraca çıxarılan avtomobil barədə xüsusi araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan elanda təxminən 10 nəqliyyat vasitəsi (29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38) daha aşağı qiymətlə (təxminən 6000 manat əskik qiymətlə) göstərilir.
Qeyd etmək istərdim ki, Hərracların Təşkili Mərkəzi tərəfindən mütəmadi olaraq hərraca çıxarılan nəqliyyat vasitələri dövlət müəssisələrində istifadə olunan və istismar müddəti bitdikdən sonra hərraclar vasitəsilə satışa çıxarılan avtomobillərdir. Nəqliyyat vasitələri satıldıqdan sonra əldə olunan vəsait dövlət büdcəsinə ödənilir. Dövlət əmlakı sayılan nəqliyyat vasitələrinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərən müvafiq komissiyanın dəvəti ilə müstəqil qiymətləndirici tərəfindən aparılır.
Nəqliyyat vasitəsi satılmadıqda növbəti hərraclarda qiymət “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. 2-ci hərracda qiymət dəyişmir, 3-cü hərracda qiymət ilkin qiymətin 10%-i, 4-cü hərracda qiymət 25%-i, 5-ci hərracda qiymət 50%-i məbləğində aşağı düşür.
Satışından dövlət büdcəsinə daxil olmağı nəzərdə tutulan 6000 manat vəsait hansı səbəblə yayındırılması məndə şübhə yaradır.
Sifariş olub olmamağı barədə Əmlak Məsələləri Dövlət Xidmətinin qaynar xəttindən məlumat əldə etmək mümkün olmadı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Daha çox xəbər:
Azərbaycanda daha 24 dövlət əmlakı hərraca çıxarılır
Gündəm / İqtisadiyyatAzərbaycanda məmurların bahalı maşın “xəstəliyi”
Gündəm / CəmiyyətDİN sürücülərə xəbərdarlıq edib - VİDEO
Gündəm / CəmiyyətAvtomobillərin arxa şüşəsinə bunların vurulması qanunsuzdur - DYP
Gündəm / CəmiyyətAzərbaycana avtomobil idxalı artmaqda davam edir
İqtisadiyyat