Gündəm / Cəmiyyət
18 avqust 2022
17
İranlı hərbçilər Ağdamda - FOTO

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Ağdam rayonunda olub.
Müdafiə Nazirliyindən bildirilib ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfərdə qonaqlar azad edilmiş ərazilərdə işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş vandalizmin nəticələri və dağıntıları ilə tanış olublar. Onlara dağıdılmış tarixi abidələrimiz və yaşayış məntəqələrimiz, eləcə də həmin ərazilərdə dövlətimiz tərəfindən aparılan sürətli yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyətinin işğaldan azad olunan ərazilərə səfəri davam edir.


Daha çox xəbər:

Zakir Həsənov İran Prezidenti ilə görüşdü
Gündəm / Siyasət
»Qarabağ Azərbaycan Respublikası ərazisinin bir hissəsidir« İranlı Dputatın Bəyanatı
Gündəm / Siyasət / Cəmiyyət / Dünya
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Siyasət / Dünya
Türkiyəli nazir Şuşaya getdi - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 1 il ötür
Gündəm / Siyasət