Gündəm / Hadisə
23 avqust 2022
25

Azərbaycan və Ermənistan nümayəndələrinin növbəti görüşü bu ay keçirilə bilər

Azərbaycan və Ermənistan nümayəndələrinin növbəti görüşü bu ay keçirilə bilər


Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi üzrə delimitasiya komissiyasının nümayəndələrinin görüşü avqustun sonunda Moskvada keçiriləcək.

Millitv.az “Sputnik Armenia”ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Mqer Qriqoryanın ofisindən bildirilib.

Məlumata görə, iclasın gündəliyi hələ ki, məlum deyil.

Xatırladaq ki, sərhədlərin müəyyənləşməsi çərçivəsində Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ilk görüşü mayın 24-də baş tutub.