Gündəm / Hadisə
26 avqust 2022
18
“Bayraktar” pilotsuz təyyarələrini Rusiyaya satmayacaq

Türkiyənin Baykar şirkəti Rusiyaya Bayraktar TB2 pilotsuz təyyarələrini satmayacaq.
Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar "BBC"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, pul şirkət üçün vacib deyil, çünki o, hazırda haqsız və əsassız hücuma məruz qalan Ukraynanı dəstəkləyir.
"Pul bizim üçün prioritet deyil. Bizim işimizdə pul və maddi resurslar heç vaxt məqsəd olmayıb. Ukrayna ilə dostluğumuz, əməkdaşlığımız uzun illərdir ki, davam edir. Hazırda bizim bütün dəstəyimiz Ukraynanın tərəfindədir, çünki bizim çox güclü əlaqəmiz var. Ukrayna ilə əməkdaşlığımıza heç nə kölgə salmayacaq, nə qədər məbləğ təklif olunacağından asılı olmayaraq, bu məsələdə mövqeyimiz bəllidir”, - deyə Haluk Bayraktar əmin edib.

Daha çox xəbər:

"Azərbaycan bizim üçün hər zaman birincidir" - Bayraktar
Gündəm / Cəmiyyət
Putindən Ukraynanın Donbasda "Bayraktar"dan istifadə etməsinə REAKSİYA
Gündəm / Dünya
Azərbaycanda TEKNOFEST təşkil olunacaq - Bayraktar açıqladı
Gündəm / Dünya
Selçuk Bayraktar Şuşaya getdi - Foto
Gündəm / Cəmiyyət
"Dünya türkün gücünü görsün və yerini bilsin" - Səlçuk Bayraktar
Gündəm / Siyasət