Gündəm / Cəmiyyət
27 avqust 2022
20
General "Qurd qapısı" qəbiristanlığında dəfn edildi - YENİLƏNİB

Ötən gün vəfat edən Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov dəfn olunub.
Mərhum "Qurd qapısı" qəbiristanlğında torpağa tapşırılıb.
Dəfn mərasimində yaxınları, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və FHN əməkdaşları iştirak edib.
xxx
00:40
Xəbər verdiyimiz kimi, Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, general-leytenant N. Məmmədov bir müddət bundan öncə koronavirusa yoluxubmuş. Aparılan müalicə tədbirlərinə baxmayaraq virus generalın tənəffüs orqanlarında fəsad yaradıb, nəfəs almağında çətinliklər yaranıb.
Son günlərdə isə generalın vəziyyəti ağırlaşıb və o paytaxtda yerləşən klinikalardan birinə yerləşdirilib. İyirmi gün komada qalan N. Məmmədovu xilas etmək mümkün olmayıb və o vəfat edib.
Mərhum general bu gün "Qurd qapısı" qəbiristanlğında dəfn ediləcək.
Yas mərasimi isə avqustun 29-da Heydər məscidində keçiriləcək.
Seymur Əli
xxx
23:01
Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov vəfat edib.
Nazir müavini bu gün dünyasını dəyişib.
Fövqəladə Hallar Nazirliyindən N.Məmmədovun ölüm xəbərini təsdiqləyiblər.
