Gündəm / Dünya
31 avqust 2022
18
Almaniyanın iki məmuru Rusiyaya işləməkdə şübhəli bilinir

Almaniya İqtisadiyyat Nazirliyinin enerji təchizatı sahəsində əsas vəzifələrdə çalışan iki əməkdaşı Rusiya Federasiyasına işləməkdə şübhəli bilinir. Onların işi hazırda Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarəsi (BfV) tərəfindən aparılır.
Millitv.az xəbər verir ki, Bu barədə “ Die Zeit ” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, hadisə təsdiqlənərsə, indiki Almaniya hökumətini fiasko gözləyir və iqtisadiyyat naziri Robert Habek buna necə icazə verə biləcəyini izah etməli olacaq.
Məlumdur ki, “Şimal axını 2” qaz kəməri ilə bağlı daxili sənədlərin öyrənilməsi, qaz anbarlarının doldurulması, eləcə də Almaniyanın yanacaq təchizatının təhlükəsizliyinə dair hesabatın hazırlanması zamanı Xabekin etibarlı şəxsləri guya “nöqsanlar” görüblər. Sənədlər Rusiyanın nöqteyi-nəzərini əks etdirirdi və arqumentlər çox vaxt Almaniya Nazirlər Kabinetinin rəsmi xəttinə uyğun gəlmirdi.
Bundan əvvəl Albaniya mətbuatı Albaniyanın Qramşi şəhərində silah zavoduna girməyə cəhd etdiyi iddia edilən rusların saxlanması barədə məlumat yaymışdı.
Avqustun əvvəlində rusiyalı jurnalist Darya Aslamova Kosovoda casusluq ittihamı ilə saxlanılıb .

Daha çox xəbər:

Almaniya XİN rəhbəri Buçaya getdi
Dünya
Almaniya 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarıb
Gündəm / Dünya / Sosial
"Putin bütün Ukraynanın işğalı üçün bəhanə gözləyir" - Kansler
Gündəm / Dünya
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verib
Gündəm / Siyasət
Misir Almaniyanı buna görə ittiham etdi
Gündəm / Dünya