Gündəm / Hadisə
06 sentyabr 2022
14
Daha bir gömrük generalı barəsində cinayət işi başlandı - YENİLƏNİB

Barəsində cinayət işi başlanılan gömrük xidməti general-mayoru Kənan Məmmədov bundan əvvəl Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
Həmin dövrdə sahibkarlar K.Məmmədov barəsində çoxsaylı şikayətlər edirdilər. Bir müddət əvvəl Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə, Kənan Məmmədov Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi təyin olunmuşdu.
***
16:15
Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsinə qarşı cinayət işi başlanıb.
Milliinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub.

Daha çox xəbər:

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı
Gündəm / Cəmiyyət
Səfər Mehdiyevin iki yaxın qohumu İŞDƏN ÇIXARILDI
Gündəm / Cəmiyyət
Gömrük Komitəsində bu generala yüksək vəzifə verildi
Gündəm / Cəmiyyət
Azərbaycanda daha bir general saxlanıldı
Gündəm / Cəmiyyət
Gömrük Komitəsinə rəhbərlik edəcək şəxs kimdir? - DOSYE
Gündəm / Cəmiyyət