Gündəm / Siyasət
06 sentyabr 2022
11
Baş nazirdən donor orqanları ilə bağlı QƏRAR

Nazirlər Kabineti “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələbləri iki ay müddətində təsdiq etməli və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Eyni zamanda, nazirlik bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Daha çox xəbər:

Bu qurumlara iki ay vaxt verildi - Baş nazirdən SƏRƏNCAM
Gündəm / Siyasət
İnzibati orqanların təsnifatı genişləndirildi
Gündəm / Cəmiyyət
Səhiyyə Nazirliyinin vəzifələri ARTIRILDI
Gündəm / Cəmiyyət
Baş nazirdən müharibə veteranları ilə bağlı QƏRAR
Gündəm / Siyasət
Baş nazirdən Səhiyyə nazirliyi ilə bağlı QƏRAR
Gündəm / Siyasət