Gündəm / Dünya
08 sentyabr 2022
20
"Bu məsələləri Putinlə müzakirə edəcəyik" - Ərdoğan

"Taxıl daşımalarında bu günə kimi Rusiyadan göndəriş yoxdur. Putinin haqlı olduğu bir şey var. Bu taxıl daşımasında gələn taxıl zəngin ölkələrə gedir. Kasıb ölkələrə isə yox".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dəhlizin məqsədi yoxsul ölkələrə yüklərin daşınmasıdır.
Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrə taxıl daşınmasının Putini narahat etdiyini bildirən Ərdoğan, "Biz də Rusiyadan taxıl daşımalarının başlamasını istəyirik. Bu məsələləri Səmərqənddə cənab Putinlə müzakirə edəcəyik" ,- deyə vurğulayıb.

Daha çox xəbər:

Ərdoğan və Putin telefonla danışdı
Gündəm / Dünya
Ərdoğan sabah Putinlə bunları müzakirə edəcək
Gündəm / Cəmiyyət
Ərdoğan: "Baydeni yaxşı tanıyıram, onunla bəzi məsələləri müzakirə edəcəyəm"
Gündəm / Dünya
Ərdoğan Putinlə əl sıxmaq istəmədi, amma...
Gündəm / Cəmiyyət
"“Taxıl daşınması sazişi”nin müddəti üç aydır" - BMT baş katibi
Gündəm / Dünya