Gündəm / Siyasət
13 sentyabr 2022
9
Ermənistan MN: “Ermənistan-Azərbaycan sərhədində vəziyyət dəyişməyib” - YENİLƏNİB

Saat 05:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət dəyişməyib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sərhədin ayrı-ayrı hissələrində mövqe döyüşləri gedir.
04:27
Ermənistan Müdafiə Nazirliyi növbəti açıqlamasını yayıb.
Qurumdan bildirilib ki, Ermənistan-Azərbaycan sərhədində saat 04:00-a olan məlumata görə, vəziyyət son dərəcə ağır olaraq qalır.
Qeyd edilir ki, Azərbaycan ordusu artilleriyadan, qumbaraatanlardan, iriçaplı silahlardan və PUA-lardan istifadə edir.
Həmçinin, vurğulanıb ki, Azərbaycan ordusunun bölmələri sərhədin bəzi hissələrində mövqelərini irəli çəkmək üçün müəyyən işlər görüb.
Mənbə: Sputnik

Daha çox xəbər:

ABŞ Azərbaycan-Ermənistan sərhədində güc tətbiqini dayandırmağa çağırdı
Siyasət / Dünya
Bu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilərinin ADLARI (YENİLƏNİB)
Gündəm
Dövlət sərhədində mövqelərimiz atəşə tutulub - RƏSMİ
Gündəm / Siyasət
Müdafiə Nazirliyi məlumat yaydı
Gündəm
Ermənistan yenidən Kəlbəcərdə təxribat törətdi - İki hərbçimiz yaralandı
Sosial