Gündəm / Cəmiyyət
13 sentyabr 2022
11
50 hərbçimiz şəhid olub - Rəsmi
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.
Şəhidlərimizin qanı yerdə qalmadı.
Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.
Daha çox xəbər:
Kəlbəcərdəki mövqelərimiz düşmən atəşinə məruz qalıb, hərbçimiz şəhid olub
Gündəm / Cəmiyyət"Türkiyə Azərbaycanın yanındadır" - Hulusi Akar
Gündəm / CəmiyyətDüşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu
Gündəm / HadisəAzərbaycan Ordusunun əsgəri ŞƏHİD OLDU
Gündəm / CəmiyyətAzərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb - SİYAHI
Gündəm / Cəmiyyət