Gündəm / Cəmiyyət
16 sentyabr 2022
14

Şəhid ailələri və qazilərlə bağlı dinləmə keçiriləcək

Şəhid ailələri və qazilərlə bağlı dinləmə keçiriləcək


Milli Məclisdə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dinləmə keçiriləcək.

Bununla bağlı məsələ parlamentin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planına daxil edilib.

Komitənin bu gün keçirilən iclasında qeyd edilib ki, bu sessiyada bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.