Gündəm / Sosial
21 sentyabr 2022
12

DYP universitet rəhbərlərinə müraciət etdi

DYP universitet rəhbərlərinə müraciət etdi


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) universitet rektorlarına müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a bildirib ki, ali təhsil müəssisələrinin qarşısında vəziyyət olduqca narahatedicidir.

"Cəmiyyətdə hər gün sıxlıqlar və tıxaclar müzakirə olunur. Bu, başa düşüləndir. Amma insan həyatı, sağlamlıq və təhlükəsizlik daha ciddi bir məsələdir. Bu gün ali təhsil müəssisələrinin qarşısında piyada qismində hərəkətdə olan vətəndaşlarımızın yollardakı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz! Gənc nəslin nümayəndələri gələcəyin mühəndisləri, həkimləri, müəllimləri yollarda elə mənzərə yaradır ki, biz məktəblilərə, böyüməkdə olan uşaqlara kimi misal çəkək, kimi nümunə göstərək?! Bu qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, kənardan çox pis görsənir və ictimai fikirə mənfi təsir edir.

Universitetlərin rəhbərlərindən təlim tərbiyə işlərini aparan pedoqoji kollektivlərdən artıq dərəcədə xahiş edirik ki, bu məsələləri mahiyyəti üzrə kollektivlərində müzakirə etsinlər, tələbə gənclər təşkilatlarının gündəliklərinə salsınlar. Bizim cəmiyyətə savadlı mütəxəssis olmaqla yanaşı, nizam-intizama hörmətlə yanaşan, məsuliyyət hissi yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır. İnanırıq ki, ictimai fəal gəmclərimiz əslində çox sadə, lakin həyatı əhəmiyyəti olan yol hərəkəti qaydalarının düzgün təbliğatında bizə dətək olacaqlar! Hər bir gəncimizin yolunun açıq olmasını arzu edir, heç kimin gəncliyinin yollarda bitməməsini diləyirik!", - A.Əsgərli bildirib.