Gündəm / Cəmiyyət
22 sentyabr 2022
14
Erməni silahlıları Zəngilandakı postumuza HÜCUM EDİB
Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib.
Milliinfo.az "Caliber"ə istinadən xəbər verir ki, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib.
Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.
Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib.
İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.
Daha çox xəbər:
Erməni silahlıları Ağdam istiqamətində təxribatlar törətdi
Cəmiyyətİran-Azərbaycan sərhədində silahlı İNSİDENT - ÖLƏN VAR
Gündəm / HadisəBu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilərinin ADLARI (YENİLƏNİB)
GündəmErməni silahlı bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutdu: Zabitimiz yaralandı - VİDEO
Gündəm / SiyasətAzərbaycan-İran sərhədində atışma olub, ölən var
Hadisə