Gündəm / Dünya
22 sentyabr 2022
11
FTX qaz kəmərini partlatmaq istəyən şəxsi SAXLADI

Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (CSP) Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti tərəfindən Türkiyə və Avropanı enerji ilə təmin edən qaz kəmərində terror aktının qarşısının alındığını elan edib.
Bu barədə TASS məlumat yayıb.
“Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Türkiyə və Avropanı enerji ilə təmin edən neft-qaz kompleksinin obyektində təxribat və terror aktı törətmək cəhdinin qarşısını alıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, planlaşdırılmış terror aktını törədən şəxs anbardan iki yüksək güclü əldəqayırma partlayıcı qurğunun götürülməsi zamanı saxlanılıb. O, 1978-ci il təvəllüdlü Rusiya vətəndaşıdır, SBU tərəfindən Ukraynada işə götürülüb.
Eyni zamanda, Ukrayna xüsusi xidmət orqanlarının şərikləri olan Rusiya Federasiyasının dörd vətəndaşı da saxlanılıb.
Şəxslər barəsində cinayət işi açılıb.

Daha çox xəbər:

Ukraynada 3 rus agenti SAXLANILDI
Gündəm / Dünya
Rusiya FTX Türkiyə hərbçiləri barədə xəbəri təkzib etdi
Gündəm / Dünya
İŞİD tərəfdarı Rusiyada saxlanıldı
Gündəm / Cəmiyyət
Rus oliqarxına məxsus mədən şirkətlərinin aktivləri BLOKLANDI
Gündəm / Dünya
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Ermənistanda səfərdədir
Gündəm / Siyasət / Dünya