Gündəm / Cəmiyyət
26 sentyabr 2022
15
Jurnalistlərə şəhadətnamə müddətsiz veriləcək

Azərbaycanda media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə müddətsiz veriləcək.
Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə veriləcək.
Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 il müddətinə veriləcək.
Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi veriləcək.
Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunacaq.

Daha çox xəbər:

Media Reyesteri nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Gündəm / Cəmiyyət
Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqlədi
Gündəm / Siyasət
Maşın nömrələri elektron qaydada veriləcək - FƏRMAN
Gündəm / Siyasət
Jurnalist vəsiqəsinin verilməsinə dair layihə təsdiqləndi
Gündəm / Cəmiyyət
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
Gündəm / İqtisadiyyat