Gündəm / Cəmiyyət
29 sentyabr 2022
9
Daşınmaz əmlaka dair xidmətlərlə bağlı yeni ödənişlər tətbiq olunacaq
Azərbaycanda daşınmaz əmlakla bağlı xidmətlərə görə yeni xidmət haqqları tutulacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.
Qanun layihəsi aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsaslarını müəyyən edir:
- daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması; daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;
- daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;
- sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;
- torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.
Daha çox xəbər:
Bu tibb müəssisələri TƏBİB-dən alınıb Səhiyyə Nazirliyinə VERİLDİ
Gündəm / SiyasətEvlərin alqı-satqısına dair prosedur dəyişir
Gündəm / CəmiyyətDaşınmaz əmlakın qeydiyyatı prosedurları sadələşdirilir: Rəsmiləşdirmələrin sayı kəskin artıb
İqtisadiyyat“30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər” - MÜRACİƏT
Gündəm / CəmiyyətTürkiyədə 400 min dollarlıq əmlak alana vətəndaşlıq veriləcək
Gündəm / Dünya