Gündəm / Dünya
13 may 2022
28
Türkiyədə 400 min dollarlıq əmlak alana vətəndaşlıq veriləcək
Türkiyədə vətəndaşlıq almaq üçün alınmalı olan daşınmaz əmlakın dəyəri artırılıb.
Milliinfo.az “TASS”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Türkiyə vətəndaşlığı almaq istəyən əcnəbilər ölkədə azı 400 min dollar dəyərində daşınmaz əmlak əldə etməlidirlər.
Qərar bir aydan sonra qüvvəyə minəcək.
Daha əvvəl isə Türkiyə vətəndaşlığı almaq üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq tələb olunurdu. Bu barədə qanun 2010-cu ilin fevral ayından qüvvədə olub.
Qeyd edək ki, Türkiyə hökuməti əcnəbilər tərəfindən alınan daşınmaz əmlakın qiymətinin artırılması ilə bağlı qərarı aprelin ortalarında qəbul edib.
Daha çox xəbər:
Daşınmaz əmlakın qeydiyyatı prosedurları sadələşdirilir: Rəsmiləşdirmələrin sayı kəskin artıb
İqtisadiyyatTürkiyə ABŞ-dan 40 ədəd "F-16" almaq üçün müraciət edib
Gündəm / CəmiyyətTürkiyə Prezidenti Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb
Siyasət“Bu iki dövlət qurumu bir-birinin elektron sənədini tanımadı”
Gündəm / CəmiyyətTürkiyədə "Apple" məhsullarının satışı dayandırıldı
Gündəm / Cəmiyyət