Gündəm / Cəmiyyət
29 sentyabr 2022
12
Sabiq deputatlığa namizədin ölkədən çıxışına “stop” qoyuldu

İş adamı Anar Məmmədovun Azərbaycandan çıxışı məhdudlaşdırılıb.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qətnamə çıxarıb. Proses hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilib.
Dövlət Vergi Xidmətinin məhkəməyə müraciəti əsasında Məmmədov Anar Sədrəddin oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. Onun “By Mammadov” şirkətinə aid 3700 manata yaxın vergi borcunu ödəmədiyi bəlli olub.
Qeyd edək ki, Anar Məmmədov uzun illər bank və sığorta sektorunda çalışıb. Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin elmi işçisidir. Polis Akademiyasında müəllim işləyir. O, sonuncu parlament seçkilərində deputatlığa namizəd olub.

Daha çox xəbər:

Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Şou
Səfər Mehdiyevin ölkədən çıxışına qadağa qoyuldu
Gündəm / Cəmiyyət
Zakir Qaralovun ölkədən çıxışına "stop" qoyulması xəbərinə REAKSİYA
Gündəm / Cəmiyyət
Fəzail Ağamalının biznesmen oğlu məhkəməyə verildi
Gündəm / Cəmiyyət
Hafiz Məmmədovla bağlı həbs qərarı VERİLDİ
Gündəm / Hadisə