Gündəm / Cəmiyyət
03 oktyabr 2022
7
Ermənistan Petrosyanın tezisləri ilə HƏRƏKƏT EDƏCƏKMİ? - GƏLİŞMƏ
Ermənistan cəmiyyəti, siyasi elita olaraq həm müxalifət, həm də iqtidar sanki kar və kordur. Belə bir bəyanatla yerli KİV-lərə müsahibəsində politoloq İlqar Vəlizadə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkəsinin kapitulyasiya imzalamasına dair dediklərini şərh edərkən bildirib.
Ter-Petrosyan bir neçə gün əvvəl bildirib ki, "tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın".
"Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır”, - deyə Levon Ter-Petrosyan bildirib.
Politoloq İlqar Vəlizadə bildirib ki, Ter-Petrosyan artıq neçə illərdir bəzi həqiqətləri dilə gətirir. Amma onu heç kim eşitmir:
“Başqa sözlə, Ermənistan cəmiyyəti, siyasi elita olaraq həm müxalifət, həm də iqtidar sanki kar və kordur. Cəmiyyət bu mesajları eşitmir, dərk etmir. Ter-Petrosyan reallıqları deyib. Sadəcə olaraq ictimai rəy, bu cür həqiqətləri qavramır, olduğu kimi qəbul etmir, barışmır. Bu həqiqəti anlasaydılar, yəqin ki, hansısa praktiki addımlarda bunu görmək mümkün olardı".
Onun sözlərinə görə, Levon Ter-Petrosyan deyir ki, bu oyunları qurtarmaq, reallıqları, məğlubiyyəti qəbul etmək lazımdır:
"Ermənistan qəbul etməlidir ki, resursu yoxdur və kapitulyasiya imzalayıb. Bu mənada, Ermənistanın sülh prosesində nəyinsə alverini etmək imkanları da yoxdur. Ermənistanın belə bir imkanı olsaydı, bunu çoxdan edərdi. Paşinyan son dövrlərdə tez-tez Qərbə səfərlər edir. Erməni baş nazir Nyu-Yorku və Parisi ziyarət edib. O, Qərb ölkələrinin dəstəyini qazanmaq istəyir. Amma həm ABŞ-dan, həm də Fransadan eyni cavabı eşidib - get danışıqlar apar. Qərb də anlayır ki, Ermənistan elə bir vəziyyətdədir ki, ona dəstək vermək əbəsdir. Heç bir resursu olmayan bir ölkəyə hansı dəstəyi vermək olar? Ermənistan digər ölkələrin resursları ilə özünün siyasətini qura bilməz”.
Ter-Petrosyanın “Paşinyanın yerinə bir başqası gəlsə, bundan ağır şərtlərlə sülh imzalayacaq” fikrinə gəldikdə isə, politoloq qeyd edib ki, keçmiş prezident burada bir məqamı da göstərir:
“Petrosyan göstərir ki, revanşist qüvvələrin hakimiyyətə gəlişi daha ağır nəticələrə yol açacaq. O, bununla vəziyyətin hansı dərəcədə acınacaqlı və sülh müqaviləsinin qaçılmaz olduğunu göstərir. Petrosyan deyir ki, hazırki şərtlərlə sülhü imzalamasaq daha ağır şərtlərlə sülh imzalamalı olacağıq. Yeri gəlmişkən, Ter-Petrosyan 1997-ci ildə də bildirmişdi ki, Qarabağ məsələsini fürsət varkən həll etməliyik. O deyirdi ki, Ermənistan qalib ölkədir və müəyyən şərtləri diktə etmək iqtidarındadır. Amma vaxt gələcək bunu edə bilməyəcəyik. Artıq illər keçib və onun sözləri reallaşıb. Petrosyan yenə də eyni şeyi deyir".
Ekspert onu da bildirib ki, əgər indiki Azərbaycanın təklif etdiyi şərtlərlə sülh müqaviləsi imzalanmasa, Ermənistan daha ağır şərtlərlə üz-üzə qala bilər.
II Qareginin keçirdiyi toplantıya da toxunan İ.Vəlizadə bildirib ki, revanşistlər öz üzərlərinə məsuliyyət götürmək istəmirlər. Onlar üçün kimsə bu sülhə qol çəkməlidir və məsuliyyəti öz üzərinə götürməlidir:
“Sonra isə həmin revanşistlər meydanlara çıxaraq bunu təslimçilik siyasəti adlandıracaqlar. Onların əsas məqsədi sülh müqaviləsi yox, hakimiyyətə gəlməkdir. Revanşitslər reallığı görür və dərk edirlər. Bununla belə, öz siyasi məqsədləri üçün sülhün imzalanmasını fərqli istiqamətə yozacaqlar. Çünki bu insanların əsas məqsədi hakimiyyətə gəlməkdir”. //sputnik.az//
Daha çox xəbər:
“Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq” - Ter-Petrosyan
Gündəm / DünyaHeç kim İlham Əliyevə müqavimət göstərə bilməyib - Ermənistan nəşri
Gündəm / Siyasətİranın qarın ağrısı...
Gündəm / CəmiyyətQarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO
Gündəm“İlk dəfə müxalifət-iqtidar birliyinin bu qədər yaxınlığı hiss olunur”
Siyasət / İqtisadiyyat / Cəmiyyət