Siyasət / İqtisadiyyat / Cəmiyyət
24 aprel 2020
29

“İlk dəfə müxalifət-iqtidar birliyinin bu qədər yaxınlığı hiss olunur”

Millizinfo.az

“İlk dəfə müxalifət-iqtidar birliyinin bu qədər yaxınlığı hiss olunur”


“İlk dəfə müxalifət-iqtidar birliyinin bu qədər yaxınlığı hiss olunur”

“Dövlət əvvəlki şəraiti dəyişməkdə israrlıdır”.

XeberOxu.Az-ın məlumatına görə, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda son dönəmdə ilk dəfə müxalifət və iqtidar birliyinin bu qədər yaxınlığı hiss olunur:

“Prezidentin tapşırığı ilə Administrasiyada siyasi partiyalarla iş şöbəsi yaradılıb, əfv sərəncamları verilib. Partiyalara idarəçilik sistemində müəyyən yerlər ayrılıb. Bu cərgədən kənarda dayanan kiçik bir qrup bu proseslərə kölgə salmağa çalışır. Dünən REAL partiyasının rəhbərliyi haqda çıxarılan qərarlar onu göstərir ki, dövlət partiyaların inkişafını istəyir və Azərbaycanda hökm sürən əvvəlki şəraiti dəyişməyə israrlıdır. Mən bütün partiyaları bu prosesi müsbət qiymətləndirməyə çağırıram”.