Gündəm
13 may 2019
154
Görənlər gözlərinə inanmır: Bu evin içərisində... VİDEO
Türkiyənin Bursa şəhərində ikimərtəbəli evin birinci mərtəbəsində yerləşən "Tezeren Dədə" türbəsi Ramazan ayında vətəndaşların marağına səbəb olub.
Beş.az metbuat.az-a istinadən bildirir ki, Molla Fenari məhəlləsində yerləşən türbəyə, xüsusilə Ramazan ayı, dini bayram və kandillərdə çox sayıda ziyarətçi gəlir. Türbənin iyirminci əsrə aid olduğu deyilir.
İddiaya görə, Tezeren dədə Fatih Sultan Mehmet dövründə loğman həkim olaraq tanınıb. O, 1900-cü illərin əvvəllərində bir ailə tərəfindən tikilmiş bu evdə qalıb.
Xüsusilə, Ramazan ayında ölkə xaricindən çox sayıda ziyarətçinin axınına uğrayan türbəyə gələn vətəndaşlar Təzərən dədənin qəbri başında evlənmək, yaxşı iş, ev, uşaq sahibi olmaq üçün Allaha dua edirkər. Bəzi qadınlar türbə içərisində Quran oxuyur.