Gündəm / İqtisadiyyat
08 oktyabr 2022
13

Qarabağda 150 min iş yeri YARADILACAQ

Qarabağda 150 min iş yeri YARADILACAQ


"Təkcə Qarabağ iqtisadi rayonunda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik".

Bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

"Ermənistanın verdiyi mina xəritələrinin effektivliyi 25 faizdir. İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi bu ərazilərinin bərpasını ləngidir. 8 ayda - rekord müddətdə Füzuli aeroportu inşa edilib. Ağdam və Füzulidə 2 xəstəxananın tikintisinə başlanılıb. Yaxın vaxtlarda Pənahəli xanın sarayı da bərpa ediləcək. Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb. Ağdamda özəl şirkətlər otel tikintisinə başlayıb. Bu şəhər tamimlə bərpa edildikdən sonra onu biznes mərkəzinə çevirmək planı var. Ağdamda inşa ediləcək atçılıq mərkəzi də turizminin inkişafına təkan verəcək. Qarabağın təbiəti burda ekoturizmin inkişafına təkan verəcək", - deyə o, qeyd edib.