Gündəm / Cəmiyyət
11 oktyabr 2022
7
Jurnalist vəsiqəsinin forması təsdiq edilib
Azərbaycanda jurnalist vəsiqəsinin forması, vəsiqənin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, eyni zamanda beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.
Daha çox xəbər:
Jurnalist vəsiqəsinin verilməsinə dair layihə təsdiqləndi
Gündəm / CəmiyyətBu jurnalistlər Media Reyestrinə daxil edilməyəcək
Gündəm / CəmiyyətJurnalistlərə şəhadətnamə müddətsiz veriləcək
Gündəm / CəmiyyətMEDİA jurnalistlər üçün müsabiqə elan edir - VİDEO
Gündəm / CəmiyyətJurnalist vəsiqəsinin formasının ilkin layihəsi artıq hazırlanıb
Gündəm / Cəmiyyət