Gündəm / İqtisadiyyat
13 oktyabr 2022
9
Daha bir bank bağlandı
Azərbaycan Mərkəzi Bankı “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli bank lisenziyasını ləğv edib.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, bu qərar Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.
Mərkəzi Bank tərəfindən Pakistan Milli Bankının Bakı Filialının lisenziyasının könüllü ləğvinə dair qərar qəbul edilərkən Filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınmışdır. Belə ki, 30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6,7 mln. manat) cəmi öhdəliklərini (0,5 mln. manat) dəfələrlə üstələyir. Filialın ləğvedicisi (Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed) Azərbaycan Respublikasının qanunvericiliyinə və Filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcəkdir. Mərkəzi Bank qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcəkdir.
Daha çox xəbər:
Banklarda Dollar, Avro, Rubl və Lirənin alış-satış qiymətləri
İqtisadiyyatMərkəzi Bank uçot dərəcəsini sabit saxladı
Gündəm / İqtisadiyyatSon döyüşlərdə şəhid olan hərbçilərin kredit borcları silindi
Gündəm / CəmiyyətBu il büdcəyə neçə milyon manat bərpa edilib?
CəmiyyətProfessor Azərbaycan bank sisteminin vəziyyətini şərh edir.
İqtisadiyyat