Cəmiyyət
21 iyul 2022
17

Bu il büdcəyə neçə milyon manat bərpa edilib?

Bu il büdcəyə neçə milyon manat bərpa edilib?


2022-ci ilin İş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən pul, əvəzləşmə və natura ifadəsində cəmi 16,4 mln. manat məbləğində vəsaitin bərpası təmin edilib.

Bu barədə Hesablama Palatasının 2022-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatda qeyd olunub.

Bildirilib ki, 6,5 mln. manat məbləğində müvafiq obyektin investor smeta dəyərinin azaldılması, 6,9 mln. manat məbləğində debitor borcun bağlanılması ilə bağlı tədbirlər müəyyən edilib.

Eyni zamanda hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılmış, əvvəlki illərin nəzarət tədbirləri üzrə 2022-ci ilin ilk 6 ayında pul, natura və əvəzləşdirmə formasında 2,7 mln. manat vəsaitin bərpası təmin edilib. Bundan əlavə, 943,4 min manat məbləğində debitor borc bağlanılmış və ya ləğv edilmiş, maliyyə hesabatlarında və uçotunda aşkar edilmiş təhriflərlə bağlı aidiyyəti düzəlişlər edilməklə 681,7 mln. manat hesabatlarda əks etdirilmiş, vergi bəyannamələrində dəqiqləşmələr aparılmış, intizam tənbeh tədbirləri tətbiq edilib. Eləcə də strukturun optimallaşdırılması ilə bağlı tədbirlər keçirilib.