Gündəm / Cəmiyyət
14 oktyabr 2022
9
Prokurorluğun jurnalistlərə xəbərdarlığı düzgün deyil - MŞ sədri
“Prokurorluq ki, bir çox media nümayəndələrinə xəbərdarlıq etmişdi, mən onda da öz fikrimi bildirdim. Bunun qəbuledilməz bir hal olduğunu dedim. Prokurorluq “Media haqqında” qanuna istinad edə bilməz. Çünki “Media haqqında” qanunda o xəbərdarlıqlar Media Agentliyinə həvalə olunub”.
Bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid “Amerikanın səsi”nə müsahibəsində deyib. R. Məcid bildirib ki, bununla yanaşı, hüquqi məsuliyyət yaradan hallar var: “Amma, müəyyən başqa qanunlarda, Azərbaycan qanunvericiliyində internet məkanında, digər məkanlarda hüquqi məsuliyyət yaradan hallar var. Bununla bağlı prokurorluq xəbərdarlıq edə bilər. Amma, “Media haqqında” qanuna istinadən hansısa jurnalistə xəbərdalıq etmək prokurorluğun səlahiyyətinə daxil deyil. Bunu Media Agentliyi etməlidir. Biz də Mətbuat Şurası olaraq etik prinsiplərin pozulduğu zaman öz münasibətimizi bildirəcəyik. Biz onun tərəfdarıyıq ki, Media Agentliyi və Mətbuat Şurası bu məsələlərdə əsas rol oynasın. Hüquq mühafizə təşkilatları bu məsələyə qarışmasınlar və medianın problemlərini media özü həll etsin”.
Daha çox xəbər:
MEDİA və Mətbuat Şurası arasında memorandum imzalandı
Gündəm / SosialMEDİA jurnalistlərə müraciət etdi
Gündəm / Cəmiyyət"Media haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Gündəm / CəmiyyətMEDİA-da Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirildi
Gündəm / CəmiyyətMedia Reyestri fəaliyyətə başladı - VİDEO
Gündəm / Siyasət