Gündəm / Sosial
12 oktyabr 2022
10
MEDİA və Mətbuat Şurası arasında memorandum imzalandı
12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədin imzalanmasında məqsəd MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.
Memorandumu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar.
Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması, mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Əməkdaşlıq memorandumu Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.
Daha çox xəbər:
MEDİA-da Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib
Cəmiyyət“Media və kommunikasiya siyasəti medianın gözü ilə” seminarları başladı
CəmiyyətData jurnalistikasının inkişafı üçün xaricdən ekspertlər cəlb ediləcək
Gündəm / Cəmiyyət"Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov
CəmiyyətMedia Reyesteri nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Gündəm / Cəmiyyət