Gündəm / Cəmiyyət
19 oktyabr 2022
11
Sabah Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq
Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq və mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Bu barədə türk mediası məlumat yayıb.
Azərbaycanın azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib.
Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.
Onun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.
Zəngilan Beynəlxalq Hava Limanının platforması eyni vaxtda 8 təyyarəyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hava limanındakı avtomatik sistemlər və idarəetmə qülləsi beynəlxalq mülki aviasiya və nəqliyyat standartlarına cavab verir. Hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib.
Xatırladaq ki, Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 14-də Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb, Xarici İşlər Nazirliyinə isə müvafiq beynəlxalq strukturlara bununla bağlı məlumat göndərilməsi ilə bağlı tapşırıq verilib.
Yenicag.az
Daha çox xəbər:
Azərbaycan və Türkiyə Prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər
Gündəm / SiyasətƏrdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək
Gündəm / SiyasətPrezident Zəngilan Hava Limanının istifadəyə veriləcəyi vaxtı AÇIQLADI
Gündəm / SiyasətAZAL-ın prezidenti Ərdoğana söz verdi: "Zəngilan hava limanının açılışı üçün bığ saxlayacam" - VİDEO
Gündəm / CəmiyyətƏrdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək
Gündəm / Siyasət