Gündəm / Dünya
21 oktyabr 2022
11
"Dünya neft qiymətlərinin düşməsini istəyirsə.." Çavuşoğlu

"Dünya neft qiymətlərinin düşməsini istəyirsə, ABŞ İran və Venesuela neft və qazına tətbiq etdiyi sanksiyaları ləğv edilməlidir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bilidrib.
Onun sözlərinə görə, dünya neftin qiymətinin aşağı düşməsini istəyirsə, sanksiyalar ləğv edilməlidir, problemi “bir ölkəni (Səudiyyə Ərəbistanı) hədələməklə” həll etmək olmaz.
“Bütün dünyanın Venesuela neftinə və təbii qazına ehtiyacı var. İran neftinə də embarqo var... Əgər neftin qiymətinin düşməsini istəyirsinizsə, sanksiyaları qaldırın”, - deyə o, çağırıb.
OPEC+ kartelinə sədrlik edən Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını təxminən 2 milyon barel azaltmağa səs verib. Qərar Ər-Riyadı “Rusiyanı dəstəkləməkdə” günahlandıran və “nəticələri” vəd edən Vaşinqtonu qəzəbləndirib.

Daha çox xəbər:

Tramp "Light" markalı neftin qiymətinin enməsini maliyyə təzyiqi ilə izah edib
İqtisadiyyat / Dünya
Neftin sürətlə bahalaşmasının SƏBƏBİ
İqtisadiyyat
Birləşmiş Ştatların gündəlik neft istehsalı 11,6 milyon barrelə enib
Dünya
STAR-ın baş direktoru: “Neft 1 ilə 35 ABŞ dollarına qədər bahalaşa bilər”
İqtisadiyyat / Dünya
Rusiya bu ölkələrə neft satmayacaq
Gündəm / Dünya