Dünya
14 may 2020
73
Birləşmiş Ştatların gündəlik neft istehsalı 11,6 milyon barrelə enib
Milliinfo.az
ABŞ-ın sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 305 min barrel azalaraq sutkada orta hesabla 11,6 milyon barrel olub.
Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 321 min barrel azalaraq sutkada 5,4 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 21 min barrel geriləyərək gündəlik 3,5 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 11,7 milyon barrel olacaq.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.

Daha çox xəbər:
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Hadisə / DünyaABŞ-ın neft anbarlarının üçdə ikisi dolub
İqtisadiyyatQazaxıstan böyük yataqlarda hasilatı azaldacaq
İqtisadiyyat / DünyaNeft Fondu cari ildə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 1,9 milyard dollar qazanıb
İqtisadiyyatAzərbaycanda son üç ayda qeyri-neft sektoru üzrə ixrac 3.3 faiz artıb - FOTO
İqtisadiyyat