Gündəm / Cəmiyyət
22 oktyabr 2022
11
Rüşvətə görə işdən çıxarılan direktor bu vəzifədə çalışır

Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru başqa vəzifədə çalışır.
Milliinfo.az “Trend”ə istinadən xəbər verir ki, eks-direktor Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) bildirilib ki, Esmira İbrahimova 08.05.2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilib. Hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.

Daha çox xəbər:

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
Gündəm
Bu məktəbin direktoru müəllimlərdən pul tələb edib - Səs yazısı
Gündəm / Cəmiyyət
Şagirdin ölümünə görə direktor işdən çıxarıldı, müavini isə...
Cəmiyyət
Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktorun işçiləri danışdı – VİDEO
Gündəm / Video
Nazir nöqsanlara görə işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİ
Gündəm / Siyasət