Gündəm / Dünya
25 oktyabr 2022
11
İranda iki SEPAH üzvü güllələndi
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü güllələnib.
Hadisə ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahedan şəhərində baş verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında qeyd olunur ki, Mehdi Mollaşaxi və Cavad Keyha adlı iki işçi evə qayıdarkən Parastar meydanı yaxınlığında güllələnib. Hücum edən şəxs avtomobildə olub və Kalaşnikov avtomatından atəş açıb.
Qeyd olunur ki, hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Daha çox xəbər:
İranda terrorçu qruplaşma məhv edilib
Siyasət / Dünyaİranda atışma - SEPAH-ın 3 hərbçisi yaralandı
Dünyaİranda hərbi təyyarə qəzaya uğradı
Dünyaİranın hərbi təlimləri zamanı qəza baş verdi
Gündəm / Cəmiyyət“İslam inqilabçıları” niyə Ermənistanın sərhədlərinə görə narahatdırlar? - GƏLİŞMƏ
Gündəm / Sosial