Gündəm / Cəmiyyət
05 noyabr 2022
6
Zakir Həsənov generalları topladı - Müşavirə keçirdi
Müdafiə Nazirliyində keçirilən müşqvirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.
Bu barədə Nazirlikdən bildirilib.
Müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.
Qeyd edək ki, noyabrın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Daha çox xəbər:
Zakir Həsənov generalları topladı - Müşavirə keçirdi
Gündəm / CəmiyyətZakir Həsənov xidməti müşavirə keçirdi
Gündəm / SiyasətZakir Həsənov generalları topladı - Tapşırıqlar verdi
Gündəm / SiyasətErmənilərin təxribatının qarşısı dərhal alınmalıdır - Zakir Həsənov
Gündəm / SiyasətZakir Həsənov generalları topladı - Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi
Gündəm / Siyasət