Gündəm / Siyasət
14 noyabr 2022
7
Qurban Qurbanov: “Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim”
“Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim”.
“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov minifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimində deyib.
50 yaşlı mütəxəssis tədbirdə iştirak etməyin onun üçün xoş olduğunu bildirib:
“Komandamız Avropa çempionu olanda izləmişdik və çox sevinmişdik. Orxan Məmmədova belə layihə yaratdığı üçün təşəkkür edirəm. Qeyri-peşəkar desək də, çox sevilən bir növdür. Bu qədər sevgi olanda nəticə də olur. Ölkə başçısı tərəfindən qəbul olunmaq, uğurların izlənilməsi göstərir ki, bu idman növünə böyük sevgi var. Çalışacağam ki, çempionatın oyunlarında iştirak edim. Burada keçmiş oyunçularımı - Vaqif Cavadovu və Ruslan Abışovu gördüm. Onlarla görüşməyə şad oldum”.
Daha çox xəbər:
Qurban Qurbanov “Qarabağ”dan gedir? – Bu məşhur klub ona transfer təklifi göndərdi
Gündəm / İdman"Qarabağ" Qurban Qurbanovla müqaviləni uzatdı
İdman“Bu qələbə digər idman növləri üçün gözəl nümunədir” - Prezident
Gündəm / SiyasətQurban Qurbanov: “Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb” – YENİLƏNİB
Gündəm / İdmanQurban Qurbanov: "Qarşıdakı oyunlarda dəyişiklik ola bilər"
Gündəm / İdman